Ukraynanın Budapeştdəki səfirliyi Rusiya tərəfindən Macarıstan hakimiyyətinə təhvil verilmiş 11 ukraynalı hərbi əsirdən üçünün Macarıstandan çıxarılmasına nail olub.
APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko məlumat verib.
"Ukraynanın Budapeştdəki səfirliyi üç ukraynalı hərbi əsiri Macarıstandan çıxara bildi. Onlar artıq Ukrayna ərazisindədirlər. Onlara hər cür dəstək göstərilir", - deyə Nikolenko "Facebook"da yazıb.
Nikolenko əlavə edib ki, ukraynalı diplomatlar hərbi əsirlərin müalicəsi üzrə Ukrayna koordinasiya qərargahı ilə birlikdə Rusiya tərəfindən təhvil verilmiş daha səkkiz hərbi əsirin də qaytarılması üçün iş aparır.