Bank Of Baku

Ukrayna FHN: Rusiya Xersonda yanğınsöndürmə idarəsini vurub, ölən var - FOTO

Ukrayna FHN: Rusiya Xersonda yanğınsöndürmə idarəsini vurub, ölən var - FOTO
# 06 yanvar 2023 13:28 (UTC +04:00)

Rusiya hərbi qüvvələri Ukraynanın Xerson şəhərində yanğınsöndürmə idarəsini vurub, ölən və yaralananlar var.

APA xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyinin rəhbəri Serqey Kruk “Facebook” səhifəsində məlumat verib.

“Ruslar bir daha təsdiq etdilər ki, onlara etibar etmək olmaz. Xerson. Bölməmiz artilleriya atəşinə məruz qalıb, ölən və yaralılar var. Bu, son iki gün ərzində düşmən tərəfindən beynəlxalq hüququn bütün prinsip və normalarını pozaraq atəşə tutulan ikinci yanğınsöndürmə idarəsidir”, - o bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya 6 yanvar saat 12:00-dan 7 yanvar 24:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsini tapşırıb. Rusiya Prezidenti bu qərarı pravoslavların Milad bayramı ilə əlaqədar verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR