Bank Of Baku

Ukrayna MN Belarusun ərazisinə raket düşməsi ilə bağlı ittihamlara cavab verib

Ukrayna MN Belarusun ərazisinə raket düşməsi ilə bağlı ittihamlara cavab verib
# 29 dekabr 2022 23:36 (UTC +04:00)

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın kütləvi raket hücumu zamanı Belarusa S-300 raketinin düşməsi ilə bağlı insidentin araşdırılmasında iştirak etməyə hazır olduğunu açıqlayıb.

APA-nın xəbərinə görə, Ukrayna Müdafiə Nazirliyi xatırladıb ki, bu gün Rusiya növbəti dəfə Ukrayna şəhərlərinə kütləvi raket hücumu həyata keçirib.

"Raket zərbələri nəticəsində 10 rayonda 18-dən çox yaşayış binası, 10 mühüm infrastruktur obyekti dağıdılıb. Ən dəhşətlisi odur ki, mülki əhali yenidən zərər çəkib", - Ukrayna MN qeyd edib.

Bildirilir ki, Ukrayna tərəfi Kremlin Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün planından xəbərdardır.

“Bununla əlaqədar olaraq, Ukrayna tərəfi Rusiya dövlətinin Belarus ərazisində qəsdən təxribat törətməsini istisna etmir" - deyə şərhdə vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR