Bank Of Baku

Ukrayna nümayəndə heyəti danışıqlar üçün İstanbula gedib

Ukrayna nümayəndə heyəti danışıqlar üçün İstanbula gedib
# 02 iyun 2025 10:36 (UTC +04:00)

Ukrayna nümayəndə heyəti Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu gün keçirilməsi planlaşdırılan danışıqlar üçün İstanbula gedib.

APA xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.

Rusiya-Ukrayna danışıqlarının Çırağan Sarayında yerli vaxtla saat 13:00-da başlaması planlaşdırılır.

Danışıqlarda Rusiya nümayəndə heyətinə Putinin köməkçisi Vladimir Medinski, Ukrayna tərəfinə isə müdafiə naziri Rustem Umerov başçılıq edir.

Danışıqların birinci raundu mayın 16-da baş tutub. Görüşün yekunu üzrə tərəflər bir-birlərinə gələcək mümkün atəşkəslə bağlı vizyonu təqdim etmək barədə razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR