Bank Of Baku

Ukrayna Polşadan “Starlink” terminallarının yeni partiyasını alıb

Starlink

© APA | Starlink

# 30 dekabr 2022 18:03 (UTC +04:00)

“Starlink” terminallarının üçüncü partiyası Polşadan Ukraynaya göndərilib.

APA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

"Ukrayna “Starlink”in daha bir partiyasını aldı. Bu terminallar tibb və enerji sektorlarını dəstəkləyəcəklər. Ukraynalıların öz yaxınları ilə əlaqə saxlaması çox vacibdir”, - Şmıqal qeyd edib.

O həmçinin əlavə edib ki, bu, yanvarın sonuna qədər gətirilməli olan iri partiyanın ilk hissəsidir. Şmıqal kömək üçün Polşaya və hökumətinə təşəkkür edib.

Xatırladaq ki, bu ilin avqust ayında Polşa Ukraynaya 5000 “Starlink” terminalı göndərmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR