Bank Of Baku

Ukrayna Ruben Vardanyanı axtarışa verib

Ukrayna Ruben Vardanyanı axtarışa verib
# 18 iyun 2023 13:20 (UTC +04:00)

Moskvanın xüsusi missiya ilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə göndərdiyi erməni əsilli milyarder Ruben Vardanyan Ukrayna tərəfindən axtarışa verilib.

APA-nın xəbərinə görə, Ukraynanın sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil etdiyi Ruben Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib.

Qeyd edək ki, bu ilin fevralında Xankəndidəki separatçı tör-töküntülərinin “dövlət naziri” Ruben Vardanyan "postu"nu itirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR