Bank Of Baku

Ukrayna şəhərləri raket hücumuna məruz qalıb

Ukraynaya raket hücumu

© APA | Ukraynaya raket hücumu

# 16 dekabr 2022 12:41 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrinin bu gün səhərdən başlayaraq Ukrayna ərazisini genişmiqyaslı raket atəşinə tutması nəticəsində bir sıra şəhərlərdə partlayışlar baş verib.

APA xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Xarkov meri İqor Terexov şəhərin işıqsız qaldığını bildirib.

Kiyev meri Vitali Kliçko isə şəhərin Desnyansk və Dnepr rayonlarında partlayışların baş verdiyini bildirib.

Bildirilib ki, Dnepr və Vinnitsa şəhərlərində də partlayışlar qeydə alınıb və dağıntılar var.

Bir sıra şəhərlərdə elektrik enerjisinin, suyun və istiliyin verilməsi tamamilə dayandırılıb.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən bütün Ukrayna ərazisində hava həyəcanı siqnalı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR