Ukrayna Dünya Bankından səhiyyə sisteminin bərpası üçün 100 milyon avro alacaq.
APA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin saytında məlumat verilib.
Qeyd olunur ki, Ukrayna ilə Dünya Bankı arasında 100 milyon avro məbləğində kreditin və Qlobal Maliyyələşdirmə Fondundan 10 milyon dollar məbləğində qrantın cəlb edilməsinə dair protokol imzalanıb.
Bu vəsait psixi sağlamlıq və reabilitasiya, stasionar müalicənin səmərəliliyinin artırılması və digər məqsədlə istifadə olunacaq.