Bank Of Baku

Ukrayna Təhlükəsizlik Şurası: Bizi çox ağır müharibə gözləyir

Aleksey Danilov

© APA | Aleksey Danilov

# 01 iyul 2022 12:32 (UTC +04:00)

Ukraynanın müdafiəsi üçün daha çox silah, xüsusən ağır silahlar lazımdır.

APA Unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının baş katibi Aleksey Danilov deyib.

O, Rusiyanın hələ də ağır silahlarda ciddi üstünlüyə malik olduğunu bildirib:

“Qərbli tərəfdaşlarımızdan xeyli silah alırıq. Amma Ukraynanın müdafiəsi üçün daha çox silah, uzağı vuran artilleriya, yalım atəşi sistemləri və s. ağır silahlara ehtiyac var”.

Danilov Ukraynanı çox ağır müharibənin gözlədiyini və verilən dəstəyin hələ də kifayət qədər olmadığını əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR