Ukrayna və ABŞ Bərpa Fondunun işə salınması üçün bütün lazımi prosedurları tamamlayıb

Ukrayna və ABŞ Bərpa Fondunun işə salınması üçün bütün lazımi prosedurları tamamlayıb
# 23 may 2025 18:50 (UTC +04:00)

Ukrayna və ABŞ Amerika-Ukrayna Bərpa Fondunun işə salınması üçün bütün lazımi prosedurları başa çatdırıb.

APA “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin birinci müavini – iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib.

Onun sözlərinə görə, son addım kimi bu gün ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Juli S. Deyvisdən diplomatik nota alınıb.

İndi rəsmi olaraq hesab etmək olar ki, Fond işə başlayıb”, - nazir “Facebook”da yazıb.

Qeyd edək ki, ABŞ və Ukrayna bir müddət əvvəl Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasını nəzərdə tutan Ukraynanın təbii ehtiyatlarına çıxış haqqında saziş imzalayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR