Bank Of Baku

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub
# 31 dekabr 2022 20:29 (UTC +04:00)

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib. Mübadilə çərçivəsində 140 ukraynalı vətənə qayıdıb.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Aleksandr Yermak məlumat verib.

Yermak qeyd edib ki, dəyişdirilənlərdən səkkizi qadındır. Geri qaytarılanlar arasında Baxmutun və Mariupolun müdafiəçiləri üstünlük təşkil edir.

Xatırladaq ki, Ukrayna tərəfi indiyədək 1600 vətəndaşını əsirlikdən azad edə bilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR