Bank Of Baku

Ukraynalı milyarder Fransada saxlanılıb

Konstantin Jevaqo

© APA | Konstantin Jevaqo

# 28 dekabr 2022 16:40 (UTC +04:00)

Ukraynalı milyarder Konstantin Jevaqo Fransanın Kurşevel kurortunda saxlanılıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhqiqat Bürosu (DTB) məlumat yayıb.

Ukrayna DTB Jevaqonun ekstradisiyası üçün sənədlər paketinin hazırlandığını bildirib.

“Ukrayna Radasının keçmiş deputatı, “Bank Finance and Credit” ASC-nin səhmdarı, Ukraynanın “Forbes” jurnalının reytinqinə görə ölkənin ən zəngin beş adamından biri olan milyarder Konstantin Jevaqo DTB-nin tələbi ilə Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən elit Kurşevel kurortunda saxlanılıb”,- məlumatda deyilir.

İş adamı maliyyə cinayətlərində ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR