Beynəlxalq donorlar və ölkələr Türkiyə və Suriyada vaş verən zəlzələlərin fəsadlarını aradan qaldırmaq üçün 7 milyard avro vəsait ayıracaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə İsveçin Baş naziri Ulf Kristersson bildirib.
Qeyd edək ki, müvafiq qərar bu gün Brüsseldə keçirilən “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransı çərçivəsində alınlb.