Böyük Britaniyanın müdafiə xərclərini artırmasa, müdafiə naziri Ben Uolles NATO-nun növbəti baş katibi olmaq şansını itirəcək.
APA-nın xəbərinə görə, bu barədə Şimali Atlantika Alyansındakı məlumatlı mənbələrə istinadən “Teleqraf” qəzeti yazıb.
Bildirilir ki, Fransa növbəti baş katibin Aİ ölkələrindən birinin vətəndaşı olmasını istəyir.