Çində yoluxmaların artmasına görə bəzi dövlətlərin koronavirusa qarşı gördüyü tədbirlər başadüşüləndir.
APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Tvitterdə bildirib.
“Çində vəziyyətlə bağlı dəqiq informasiyanın olmadığı vaxtda dövlətlərin gördüyü tədbirlər başadüşüləndir” – deyə ÜST rəhbəri qeyd edib.
Qebreyesus rəsmi Pekini ölkədəki epidemioloji vəziyyətlə bağlı dəqiq məlumat verməyə çağırıb.
Qeyd edək ki, ötən həftədən Çin koronavirusla bağlı statistikanın açıqlanmasını dayandırıb.