Bank Of Baku

ÜST: “Ukraynada sanitar hədəflərə 16 hücum qeydə alınıb”

Maykl Rayan

© APA | Maykl Rayan

# 09 mart 2022 22:16 (UTC +04:00)

Münaqişə Ukraynanın səhiyyə sistemini zəiflətsə də, o indiyədək müqavimət göstərə bilib.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının direktoru Maykl Rayan bildirib.

Rayan əlavə edib ki, ÜST münaqişə dövründə sanitar hədəflərə 16 hücumu təsbit edib. Bu hücumlarda 10 nəfər ölüb, 18 nəfər yaralanıb.

“Mən Ukraynanın səhiyyə sisteminin çökəcəyini düşünmürəm. Əksinə, səhiyyə kifayət qədər dayanıqlıdır”, - deyə Rayan Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR