Bank Of Baku

Marqvelaşvili: “TANAP Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edəcək”

 Marqvelaşvili: “TANAP Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edəcək”
# 01 iyun 2018 16:25 (UTC +04:00)

“TANAP layihəsi Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edəcək”.
 

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib. G. Marqvelaşvili deyib ki, TANAP Aİ-nin Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə əlavə qaz tədarükçüsü olacaq.  O, Gürcüstanın bu layihədə iştirakınının vacibliyini də vurğulayıb. 
 

Telefon danışığı zamanı R. T. Ərdoğan Gürcüstan prezidentini iyunun 12-də keçiriləcək TANAP layihəsinin açılış mərasimində iştiraka dəvət edib.
 

Dövlət başçıları söhbət zamanı Gürcüstan və Türkiyə arasında münasibətlərin inkişafı perspektivlərini də nəzərdən keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR