Bank Of Baku

ABŞ-a məxsus pilotsuz uçan aparat Türkiyədə qəzaya uğrayıb

ABŞ-a məxsus pilotsuz uçan aparat Türkiyədə qəzaya uğrayıb
# 03 fevral 2016 12:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Türkiyənin Adana şəhərində pilotsuz uçan aparat (PUA) qəzaya uğrayıb.

 

APA-nın Türkiyənin “Milliyyet” qəzetinə istinadən verdiyi xəbərə görə, gecə saatlarında İncirlik hərbi bazasından qalxan PUA Doğankənd məhəlləsində bir tarlaya düşüb.

 

Hadisə yerinə ABŞ hərbçiləri və yerli polis gəlib.

 

İncirlik hərbi bazasından verilən məlumatda PUA-nın ABŞ-a məxsus olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR