Bakı-APA. Avropa İttifaqı bu gün miqrasiya böhranı ilə əlaqədar Türkiyəyə maliyyə yardımını təsdiqləyib
APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.
Yanvarın 30-da Almaniyanın “Welt” qəzeti Türkiyənin miqrasiya böhranı ilə əlaqədar Avropa İttifaqından 5 milyard avro alacağını yazmışdı. Əvvəl bu məbləğin 3 milyard olacağı bildirilirdi.
1 milyard avro Aİ fondlarından, daha 2 milyard isə quruma üzv olan ölkələr öz büdcələrindən ayırmalı idilər.
Qeyd edək ki, bu barədə qərar ötən ilin noyabrında Brüsseldə keçirilən Avropa İttifaqı – Türkiyə ikitərəfli sammitində verilmişdi.