Bank Of Baku

Avropa İttifaqı ölkələrinin XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə edəcəklər

Avropa İttifaqı ölkələrinin XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə edəcəklər
# 20 oktyabr 2014 11:51 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Avropa İttifaqının Xarici İşlər Şurasının bu gün keçiriləcək sessiyasında  Ukraynadakı vəziyyət, Minsk razılaşmasının tələblərinin yerinə yetirilməsi istiqamətində atılan addımlar və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar müzakirə olunacaq.

 

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton deyib.

 

“Biz hazırkı vəziyyəti təhlil edəcəyik və növbəti addımları müəyyənləşdirəcəyik”, - deyə o vurğulayıb. 

 

Qeyd edək ki, Avropa İttifaqı Minsk razılaşmasının tələblərinin yerinə yetirilməsi üçün Rusiyanın atdığı addımların Moskvaya qarşı sanksiyaların tam və ya qismən aradan qaldırılması üçün əsas amil ola biləcəyini bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR