Bank Of Baku

Gürcüstanda "donuz qripi"nə yoluxduğu ehtimal olunan daha bir nəfər ölüb

Gürcüstanda "donuz qripi"nə yoluxduğu ehtimal olunan daha bir nəfər ölüb
# 03 fevral 2016 21:24 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda H1N1 virusuna ("donuz qripi") yoluxduğu ehtimal olunan daha bir nəfər dünyasını dəyişib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Acarıstanda "donuz qripi"nə yoluxduğu ehtimal olunan, eyni zamanda sətəlcəm xəstəliyindən gənc qadın ölüb.

 

Bu barədə Acarıstan İctimai Səhiyyə Mərkəzindən bildirilib. Məlumata görə, qadından laboratoriya  nümunəsi alınıb və bir neçə gün ərzində onun ölümünün  H1N1 virus infeksiyası ilə bağlı olub-olmadığı bilinəcək.

 

Məlumatda qeyd olunub ki, Acarıstan ərazisində laboratoriyanın təsdiq etdiyi  31 nəfərdə  H1N1 virusuna yoluxma halı qeydiyyata alınıb, hazırda 9 xəstə xəstəxanada müalicəsini davam etdirir.

 

Qeyd edək ki, indiyədək Gürcüstanda H1N1 virusundan 8 nəfər dünyasını dəyişib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR