İtaliyanın Livorno şəhərində yağan güclü yağış və baş verən daşqınlar nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə ANSA agentliyi xəbər verib.
Məlumata əsasən, hazırda 2 nəfər itkin düşmüş hesab edilir.
***
20:45
İtaliyada şiddətli yağıntılar və güclü külək nəticəsində 4 nəfər ölüb, 2 nəfər itkin düşüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölüm faktları ölkənin mərkəzi bölgəsində qeydə alınıb.
Qeyri sabit hava şəraitindən ən çox əziyyət çəkən Livorno şəhəri olub. Şəhərin meri İtaliya hökumətinə bölgədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi üçün müraciət edib. Bir neçə saat ərzində Livornoya 400 millimetrədək yağıntı düşüb. İtaliyada qeyri-sabit hava şəraiti sentyabrın 9-dan davam edir.