Bank Of Baku

Marneulidə azərbaycanlılar soyadlarının rəsmi sənədlərdə səhv yazılmasına etiraz edirlər

Marneulidə azərbaycanlılar soyadlarının rəsmi sənədlərdə səhv yazılmasına etiraz edirlər
# 02 fevral 2016 23:59 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonunun Lecbəddin kəndinin sakinləri soyadlarının Ədliyyə Evlərində fəaliyyət göstərən torpaq və reyestr xidmətində səhv yazıldığına etiraz edirlər.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, onlar Gürcüstan parlamentinin deputatı Mahir Dərziyevlə görüşdə bildiriblər ki, Gürcüstanda yaşayan azərbaycanlılar xarici pasport, şəhadətnamə, ev sənədləri alan zaman sənədin surətinin təqdim olunmasına baxmayaraq, sözlərin yazılış qaydalarına düzgün əməl olunmur.

 

Bildirilib ki, sovet dönəmindən yazılan sənədlərdə qeyd edilən h, q, d, s və digər hərflər gürcü və ingilis dillərinə köçürüləndə sənədin əsli ilə uyğun gəlmir, bu da gələcəkdə soydaşlarımıza problemlər yaşadır. Nəticədə onlar sənəddə düzəliş etmək üçün vəkil tutaraq məhkəməyə müraciət edir və aylarla vaxt itirirlər. Vurğulanıb ki, pensiyaya çıxan ahıl kişi və qadınlar da bəzən bu problemlərlə rastlaşır, pensiyalarını vaxtında ala bilmirlər.

 

Soydaşlarımız hazırda digər bir problemlə də rastlaşdıqlarını bildiriblər: "Biz hazırda evlərimizə qaz çəkdirmək istəyən zaman dövlət torpaq və reyestr xidmətindən lazım olan sənədləri ala bilmirik. Süründürməçiliyə yol verilir, dəfələrlə bu və ya digər təşkilatlardan sənəd gətirməyimiz tələb olunur, həmçinin xəritələrimiz səhv çəkilir, sonda artıq pul xərcləmək lazım gəlir, evlərimizin sənədlərinin bərpası isə aylarla uzanır. Hazırda qış ayıdır, hələ də evlərimizin sənədləri düzəlməyib və evlərimizə qaz çəkilməsi gecikir".

 

Sakinləri dinləyən deputatı Mahir Dərziyev problemlə bağlı Gürcüstanın ədliyyə naziri Tea Tsulukyaniyə müraciət etdiyini bildirib: "Yaxın günlərdə soydaşlarımızın sənədlərinin bərpası məsələləri həllini tapacaq.

 

Ədliyyə Nazirliyində adların bərpası məsələsi ilə əlaqədar komissiya yaradılıb və müəyyən bir sənəddə bir hərf də səhv gedibsə, onun düzəldilməsi tez bir zamanda yerində həll olunacaq", - deyə deputat vurğulayıb.

 

M. Dərziyev sovet dönəmində soydaşlarımızın pasportlarında yazılan soyadların sonundakı "ov" hərflərinin də "lı" , "li" hərfləri ilə əvəz ediləcəyini bildirib: "Bu məsələni də həll etmək üçün işçi qrupu yaradılıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR