Marneuli. Nizami Məmmədzadə-APA. Marneuli rayonunda, azərbaycanlıların kompakt yaşadığı İmir kəndinin yaxınlığında tapılan bizim eradan əvvəl VI əsrə aid edilən neolit dövrün yaşayış məskəni olan tarixi arxeoloji qazıntıların sel və çay sularından qorumaq üçün Şulaveri çayının sağ sahilində sahilbərkitmə işləri aparılır.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Marneuli icra hakimiyyətinin mətbuat xidmətindən bildirilib.
Arxeoloji qazıntını qorumaq üçün yerli büdcədən 54 856 lari vəsait ayrılıb. Məlumata əsasən, İmir kəndində ilk qazıntı işləri XX əsrin 60-cı illərindən başlanılıb.
Hazırkı sahilbərkitmə işləri bu ilin mayın 6-da başa çatacaq.