Bank Of Baku

Paata İmnadze: "Gürcüstanda həftə ərzində 10 min nəfər qrip virusuna yoluxacaq"

Paata İmnadze: "Gürcüstanda həftə ərzində 10 min nəfər qrip virusuna yoluxacaq"
# 04 fevral 2016 12:43 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Həftə ərzində 10 000 nəfər qrip virusuna yoluxacaq”.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu bu gün Tiflisdə keçirdiyi mətbuat konfransında Gürcüstanda Xəstəliklərə Nəzarət və Səhiyyə Milli Mərkəzinin Elmi Şurasının rəhbəri Paata İmnadze bildirib. 
 

Onun sözlərinə görə, ölkədə həftə ərzində təxminən 10 min nəfər qrip virusuna yoluxur. “Xəstəliyə yoluxanların əksəriyyətində ağırlıq halları o qədər də müşahidə edilmir. Bəzi hallarda xəstələrin vəziyyəti ağırlaşır, lakin onlar sağalırlar. Bəzən də elə olur ki, digər xəstəliklərin fonunda qrip virusu inkişaf edib və ölüm halları baş verib. Hazırda hər 100 min nəfərdən 357-si qripə yoluxub", - deyə o bildirib. 
 

P. İmnadze hazırda Gürcüstanda virusa yoluxan xəstələrin sayını ötən illərdə qeydə alınan göstəricilərlə müqayisə edib: "2009-2010-cu illərdə virusdan 33 nəfər ölüb, 2011-2012-ci illərdə isə 53 nəfər ölüb".
 

Xatırladaq ki, bu il Gürcüstanda “donuz qripi”dən 9 nəfər dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR