Bank Of Baku

Türkiyə-Aİ komissiyasının sədri: “Türkiyə qətiyyən Avropa ilə düşmənçilik etmir”

Türkiyə-Aİ komissiyasının sədri: “Türkiyə qətiyyən Avropa ilə düşmənçilik etmir”
# 16 mart 2017 15:10 (UTC +04:00)

“Türkiyə  qətiyyən Avropaya düşmənçilik etmir”.

 

Bu sözləri APA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Avropa İttifaqı müştərək komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkili Əhməd Berat Çonkar deyib.

 

“Avropa ilə yaşanan siyasi-diplomatik böhranın həlli üçün pərdə arxasında görüşlər keçirilirmi?”- sualına Ə. B. Çonkar belə cavab verib: ”Diplomatik müzakirələr həmişə qüvvədədir. Türkiyə haqlıdır və şərəfli mövqeyi ilə lazımi mesajları həm tərəf-müqabillərinə, həm də ictimaiyyətə lazımi ölçüdə, şəkildə və üslubda verir. Türkiyə qətiyyən Avropaya düşmənçilik etmir. Ancaq ölkəmizin, millətimizin və Avropadakı 5 milyondan artıq  vətəndaşımızın haqlarını, onların azadlığını qorumaq üçün nə lazımdırsa, onu da ən yaxşı  şəkildə yerinə yetirməkdən qətiyyən çəkinməyəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR