Bank Of Baku

XİN: Türkiyə öz hava məkanının pozulmasının qarşısını almaq hüququnu özündə saxlayır

XİN: Türkiyə öz hava məkanının pozulmasının qarşısını almaq hüququnu özündə saxlayır
# 04 fevral 2016 19:51 (UTC +04:00)

Bakı - APA. Türkiyə öz hava məkanının pozulmasının qarşısını almaq hüququnu özündə saxlayır. APA-nın məlumatına görə, bu barədə Türkiyə XİN-in rəsmi nümayəndəsi Tancu Bilqic bildirib.  

 

“Bizim hava məkanımızın pozulması hallarının qarşısını almaq, lazımi tədbirlər görmək və müvafiq şəkildə cavab verməyə dair  beynəlxalq qanunvericiliyə əsaslanan suveren hüququmuz var”,  - deyə Türkiyə XİN-in saytında dərc olunmuş materialda bildirilir.  

 

Məlumatda qeyd olunur ki, Türkiyənin hava məkanının pozulması konkret nəticələrlə yekunlaşacaq və bunun məsuliyyəti Rusiyanın üzərinə düşəcək.

 

Qeyd edək ki, Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus "SU -34" təyyarəsi yanvarında 29-da Suriya istiqamətindən Türkiyənin hava məkanını pozub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR