Bank Of Baku

Xorvatiyada qocalar evində baş verən atışma nəticəsində 6 nəfər ölüb

Xorvatiyada qocalar evində baş verən atışma nəticəsində 6 nəfər ölüb
# 22 iyul 2024 20:19 (UTC +04:00)

Xorvatiyanın Daruvar şəhərində özəl qocalar evində baş verən atışma nəticəsində 6 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Daha 6 nəfərin yaralandığı bildirilir. Ölənlər arasında beş qoca və müəssisənin bir əməkdaşı da var.

Hadisəni törətdiyinə görə saxlanılan şəxs təqaüddə olan polis əməkdaşıdır.

Qocalar evində öldürülənlərdən birinin onun anası olduğunu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR