Yunanıstandan Türkiyəyə qeyi-qanuni göndərilməyə çalışan bir nəfər Ədirnədə sərhədçilər tərəfindən saxlanılıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Saxlanılan şəxsin FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib.