Bank Of Baku

Zelenski Baydenlə görüşmək üçün ABŞ-a gedir

Zelenski Baydenlə görüşmək üçün ABŞ-a gedir
# 21 dekabr 2022 02:38 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Amerika Birləşmiş Ştatlarına səfər edəcək.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

ABŞ prezidenti Co Baydenin Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü planlaşdırılır.

Bildirilib ki, Zelenskinin ABŞ-a qəfil səfəri Bayden administrasiyasının Ukraynaya "Patriot" zenit-raket komplekslərinin daxil olduğu yeni yardım paketi göndərməsi ilə üst-üstə düşür.

Dekabrın 21-də Ukrayna Prezidenti Vladimir Zelenski Nümayəndələr Palatasının və Konqresin birgə iclasında çıxış edəcək.

Bu Rusiya-Ukrayna müharibəsindən sonra Zelenskinin ilk xarici səfəri olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR