Bank Of Baku

Zelenski: "Müharibə bitməlidir"

Volodimir Zelenski

© APA | Volodimir Zelenski

# 09 mart 2022 02:22 (UTC +04:00)

Volodimir Zelenski çərşənbə axşamı videomüraciətində yenidən Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqlara çağırış edib.

APA xəbər verir ki, videomüraciət Prezidentin “Telegram” kanalında yayımlanıb.

“Müharibə bitməlidir, biz danışıqlar masası arxasına əyləşməliyik. Lakin vicdanlı və əsaslı. Xalqın maraqları naminə”, - deyə Zelenski bildirib.

Rusiya və Ukrayna daha əvvəl üç raund danışıqlar aparıb. İkinci raundda tərəflər vətəndaşların təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsi barədə razılığa gəlinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR