Bank Of Baku

Zelenski Putinin atəşkəs təklifini rədd edib

Zelenski Putinin atəşkəs təklifini rədd edib
# 06 yanvar 2023 03:30 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Milad bayramı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin atəşkəs elan etməsi təklifinə cavab verib.

APA xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında məlumat verib.

Ukrayna Prezidenti Moskvanın təklifini rədd edib.

Onun sözlərinə görə, Rusiya atəşkəslə yeni işğala yol açır.

“Rusiya Ukraynaya və Avropaya qarşı yeni təcavüz dalğasına hazırlığını gizlədə bilməyəcək”, - Zelenski bildirib.

O hesab edir ki, Rusiya atəşkəsdən istifadə edərək təmas xəttində mövqeyini möhkəmləndirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR