Bank Of Baku

Zelenski SSRİ dövrünün siyasi məhbuslarına müavinət verilməsi haqqında qanun imzalayıb

Zelenski SSRİ dövrünün siyasi məhbuslarına müavinət verilməsi haqqında qanun imzalayıb
# 20 iyun 2023 15:03 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski SSRİ dövrünün ukraynalı siyasi məhbuslarına müavinət verilməsi haqqında qanun imzalayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak məlumat verib.

Qanuna əsasən, müavinətin məbləği ayda 4200 Ukrayna qrivnası olacaq və sonrakı indeksasiyalar nəzərə alınacaq: “Prezident Zelenski 8032 saylı qanun layihəsini imzalayıb. Qanuna əsasən, SSRİ dövründəki siyasi məhbuslar Ukraynaya xüsusi xidmətlərə görə ödənişlər alacaqlar”.

Xatırladaq ki, haqqında sözügedən qanun Ali Rada (parlament) tərəfindən 30 mayda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR