Bank Of Baku

Zurabişvili Aİ-nin inteqrasiyanı dayandırmaq qərarına görə hökuməti ittiham edib

Gürcüstan Prezidenti Salome Zurabişvili

© APA | Gürcüstan Prezidenti Salome Zurabişvili

# 09 iyul 2024 11:46 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili Aİ-nin Gürcüstanın inteqrasiyasını dayandırmaq qərarına görə hökuməti ittiham edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, dövlət başçısı Gürcüstanla bağlı mənfi qərarlara görə hökumətin məsuliyyət daşıdığını, bütün bunların hakim “Gürcü Arzusu” rəsmilərinin anti-Avropa, anti-Qərb ritorikasına cavab olduğunu qeyd edib.

Zurabişvili ABŞ-nin Gürcüstanla hərbi təlimləri ləğv etməsindən sonra Aİ-nin Gürcüstan Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş 30 milyon avronu dondurmasının hakim partiyanın Gürcüstanın dostlarına qarşı düşmən siyasət yürütməsinin nəticəsi olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR