Zurabişvili: “Xarici agentlər” qanunu Gürcüstanın Avropa hədəfinə xidmət etməyəcək

Zurabişvili: “Xarici agentlər” qanunu Gürcüstanın Avropa hədəfinə xidmət etməyəcək
# 15 aprel 2024 12:51 (UTC +04:00)

“Xarici agentlər” qanunu Gürcüstanın Avropa hədəflərinə xidmət etməyəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili sosial media paylaşımında qeyd edib. O, bildirib ki, Berlində hökumət başçıları arasında debat aparılıb və qanunun Avropa qanunu olmadığı, onun qaytarılmasının Gürcüstanın Avropa hədəfinə xidmət etməyəcəyi qeyd olunub.


Xatırladaq ki, Gürcüstan parlamenti bu gün “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsinə başlayıb. Hakim “Gürcü Arzusu” partiyası yenidən təqdim etdiyi qanun layihəsinin mətninin ötən ilin martında Tbilisidə keçirilən aksiyalar səbəbilə ləğv etdiyi “Xarici agentlər haqqında” qanun layihəsi ilə eyni olduğunu, yeganə fərqin ad olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR