Zurabişvili "Xarici təsir" qanununun dayandırılması üçün məhkəməyə müraciət edib

Gürcüstan Prezidenti Salome Zurabişvili

© APA | Gürcüstan Prezidenti Salome Zurabişvili

# 15 iyul 2024 17:28 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsir” qanununun qüvvəsinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.

APA-nın “1tv.ge”yə istinadən məlumatına görə, iddia ərizəsində göstərilib ki, həmin qanun ölkə Konstitusiyasının 78-ci, yəni “Avropa və Avroatlantik strukturlara inteqrasiya” adlanan maddəsi də daxil olmaqla, bir sıra müddəaları ilə ziddiyyət təşkil edir.

Qeyd edək ki, sözü gedən qanun ölkə parlamentinin 2024-cü il, mayın 14-də keçirilən iclasında təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR