Associated Press: Co Bayden prezident seçkilərində qalib gəlib

Associated Press: Co Bayden prezident seçkilərində qalib gəlib
# 07 noyabr 2020 21:05 (UTC +04:00)

Associated Press (AP) agentliyi Demokrat Partiyasının namizədi Co Baydenin ABŞ-da Prezident seçkilərinin qalibi olduğunu elan edib.

APA xəbər verir ki, AP-nin hesablamalarına əsasən, Bayden prezident olmaq üçün lazım olan 270 seçici səsini toplayıb.

Son qiymətləndirmələrə görə, Bayden Pensilvaniya ştatında qalib gələrək 20 seçici səsi qazanıb. Beləliklə, hazırda Baydenin 273, Trampın 213 seçici səsi var.

Qeyd edək ki, NBC kanalı da oxşar qiymətləndirməni nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR