AKİA "Fermer kartı"ndan istifadə ilə bağlı fermerlərə xəbərdarlıq edib

AKİA "Fermer kartı"ndan istifadə ilə bağlı fermerlərə xəbərdarlıq edib
# 22 may 2020 13:42 (UTC +04:00)

Fermerlər aqrar subsidiya üçün onlara verilən “Fermer kartı”ndan səmərəli və diqqətlə istifadə etməlidirlər.

Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) “APA-Economics”ə verilən məlumata görə, “Fermer kartı" subsidiya alan şəxsə məxsusdur və digər şəxsə verilməməlidir.

Kartlardan istifadə edib gübrə, pestisid, toxum alarkən fermerlər mütləq çek tələb etməlidir.

Agentlik həmçinin təchizatçılara da bildiriş göndərib, onlara öz satışlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeyd etməyin vacib olduğunu xatırladıb.

Qeyd edək ki, 2020-ci ilin əvvəlindən qüvvəyə minən yeni aqrar subsidiya qaydasına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiya üçün müraciətləri EKTİS üzərindən qəbul edilir və ayrılan subsidiya məbləği onlara paylanmış “Fermer kartı”na köçürülür. Bu vəsaitin 25%-i nağlaşdırılan, 75%-i isə nağdlaşdırılmayan hissədir.

Fermerlər öz kartlarındakı nağdlaşdırılmayan hissədən EKTİS-də qeydiyyatdan keçən təchizatçılara POS-terminal vasitəsilə ödəniş etməklə təsərrüfatları üçün lazım olan üzvi və orqanik gübrə, pestisid, toxum və ting ala bilərlər.

"Fermer kartı"ndakı nağdlaşdırılmayan hissənin qanunsuz əməliyyatlara cəlb edilməsi, nağdlaşdırılması, təyinatı üzrə istifadə edilməməsi kart sahibinin üzərinə məsuliyyət yükləyir və onun növbəti subsidiyalarını almaqda problem yaşamasına səbəb ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR