Azərbaycanda taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb

Azərbaycanda taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb
# 06 iyun 2020 13:25 (UTC +04:00)

İyunun 5-dək ölkə üzrə taxıl sahələrinin 5,7%-də biçin başa çatıb. Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə 57.977 hektar sahə biçilib. Hazırda biçin əsasən arpa sahələrində aparılır. Bu günədək biçilən 57577 hektar arpa sahəsindən 171 808 ton məhsul yığılıb ki, bu da orta məhsuldarlığın 29,6 sent/hektar təşkil etməsi deməkdir.

Biçin prosesinə hələlik 1079 kombayn cəlb olunub. Bunlardan 358-i "Aqrolizinq" ASC-nin biçin aparılan rayonlardakı aqroservislərində olan kombaynlardır. ASC tərəfindən hazırda biçin getməyən dağətəyi və dağlıq rayonlardakı aqroservislərdən Aran bölgəsinə 195 kombayn dislokasiya edilib. Biçimdə iştirak edən digər 526 kombayn isə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan kombaynlardır.

İyunun 5-dək "Aqrolizinq"in kombaynları ilə 23226,7 hektar sahədə biçin aparılıb. Qalan sahələr isə hüquqi və fiziki şəxslərin kombaynları ilə biçilib. Ölkədə taxıl biçini davam edir.

Qeyd edək ki, il Azərbaycanda 1 milyon hektardan artıq sahədə taxıl əkilib. Sahələrin 640 977 hektarı buğda, 369.240 hektarını arpa əkinləri təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR