Azərbaycandan ABŞ-a kənd təsərrüfatı məhsullarının ixracına dair memorandum imzalanacaq

Azərbaycandan ABŞ-a kənd təsərrüfatı məhsullarının ixracına dair memorandum imzalanacaq
# 02 dekabr 2020 14:45 (UTC +04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) kənd təsərrüfatı məhsullarının ixracına dair ölkə rəhbərliyi səviyyəsində razılaşdırılmış memorandum layihəsi hazırlayır.

"APA-Economics"in məlumatına görə, bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən onlayn "B2G Forum"da çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, memorandumun imzalanması gələn ilin yanvar ayının sonunda nəzərdə tutulur: "Sənədə əsasən, kənd təsərrüfatı məhsulları istehsal edən 10-15 yerli şirkət seçiləcək ki, onlar 3 il ərzində konkret olaraq ABŞ bazarına fokuslanacaq. Layihəyə USAID və ABŞ səfirliyi də qoşulub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR