Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,5% artıb

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,5% artıb
# 24 avqust 2020 09:43 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında dəyəri 256,28 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,5% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 13 673 ton, süd istehsalı 61 361 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,4%, süd istehsalı isə 1,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR