Ötən il Azərbaycana diri qoyun və keçi idxalı 64% artıb

Ötən il Azərbaycana diri qoyun və keçi idxalı 64% artıb
# 21 fevral 2023 15:41 (UTC +04:00)

2022-ci ildə Azərbaycana 15 mln. 909 min dollar dəyərində 194 min 573 baş diri qoyun və keçi idxal olunub.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2021-ci illə müqayisədə həcm baxımından 64.6% və ya 76 min 428 baş, məbləğ baxımından isə 43.65% və ya 4 mln. 833 min dollar çoxdur. 2021-ci ildə ölkəyə 11 mln. 076 min dollar dəyərində 118 min 145 baş diri qoyun və keçi gətirilib.

Qeyd edək ki, ölkəyə gətirilən qoyun və keçinin idxal qiyməti 2021-ci ildə 93.8 dollar təşkil edib. 2022-ci ildə isə 13% ucuzlaşaraq 81.8 dollara enib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR