İşğaldan azad edilmiş ərazilərdə torpaqların icarəyə verilməsində Kənd Təsərrüfatı Nazirliyi müvəqqəti olaraq səlahiyyətlidir. Bu həm də Qarabağda torpaqların idarə edilməsi deməkdir.
"APA-Economics" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
O bildirib ki, Qarabağda kənd təsərrüfatı üzrə potensial ərazilər "Azərkosmos"la birlikdə müəyyən edilib.
"Artıq həmin ərazilərə fermerlər və investorlar cəlb etmişik və fındıq əkinlərinə başlanılıb" - deyə F.Tağıyev əlavə edib.