İranda koronavirusdan ölənlərin sayı 55540 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 55540 nəfərə çatıb
# 03 yanvar 2021 15:03 (UTC +04:00)

İranda ötən sutka ərzində 102 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 55540 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5960 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1243434 nəfərə çatıb. Virus daşıyıcılarından 3953 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1013018 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR