İran Hind okeanında hərbi təlimlər keçirəcək

İran Hind okeanında hərbi təlimlər keçirəcək
# 29 dekabr 2022 16:06 (UTC +04:00)

İranda "Zülfüqar 1401” adlı hərbi təlimlər keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Silahlı Qüvvələrinin hərbi təlimi Hörmuz boğazının şərqindən Hind okeanının şimal bölgəsinə qədər ərazini əhatə edəcək.

Təlim Hərbi Hava Qüvvələrinin strateji bombardmançı təyyarələrinin dəstəyi ilə quru qoşunlarının piyada, zirehli, mexanikləşdirilmiş bölmələri, hava hücumundan müdafiə qüvvələrinin müdafiə sistemləri, gəmilər və hərbi dəniz donanmasının reyncerləri iştirak edəcək. "Özünə inam, səlahiyyət, davamlı təhlükəsizlik" şüarı ilə keçirilən təlim bu gecə başlayacaq.

İrana qarşı silah embarqolarını yerli silah və avadanlıqlarla təsirsiz hala gətirmək və nəhayət İran İslam Respublikasının nüfuzunu göstərmək bu təlimin məqsədlərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR