Gürcüstanda koronavirusa yoluxanların sayı 281 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 281 mini ötüb
# 30 mart 2021 10:46 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 673 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 281 145, xəstəlikdən ölənlərin sayı isə 3 773 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 272 889 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR