Türkiyənin vitse-prezidentilə Rusiyanın Baş Naziri arasında telefon danışığı olub

Türkiyənin vitse-prezidentilə Rusiyanın Baş Naziri arasında telefon danışığı olub
# 22 aprel 2020 22:22 (UTC +04:00)

Türkiyənin vitse-prezidenti Fuat Oktayla Rusiyanın Baş Naziri Mixail Mişustin arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, telefon söhbətində hər iki dövlət rəsmisi yeni növ koronavirusla (COVID-19) mübarizədə əməkdaşlıq, ikitərəfli əlaqələri və regional məsələlər haqqında müzakirə aparıblar.

Fuat Oktay COVID-19 pandemiyası ilə mübarizədə Türkiyənin qazandığı təcrübəni bölüşə biləcəyini vurğulayıb.

Telefon söhbətində bundan başqa iki ölkə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması və COVID-19 səbəbindən mövcud layihələrə fasilə verilməməsi məsələlərinə də toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR