NATO Baş katibi Rusiyanın təzyiq göstərdiyi ölkələrin adını çəkib

NATO Baş katibi Rusiyanın təzyiq göstərdiyi ölkələrin adını çəkib
# 25 noyabr 2022 13:13 (UTC +04:00)

Rusiya müxtəlif vasitələrlə Gürcüstana, Moldovaya, Bosniya və Herseqovinaya təzyiqlər edir.

APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

“Biz bu tərəfdaşlarımızın öz suverenliyini qoruması və müdafiə qabiliyyətlərini gücləndirməsi üçün onlara yardım edəcəyik və bu məsələ XİN başçılarının Buxarestdə keçiriləcək iclasında müzakirə olunacaq”, o deyib.

Baş katib NATO XİN başçılarının iclasında bu ölkələrin də təmsil olunacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR