İsmayıl İsmayılov: “Azad Rəhimov yaxın günlərdə yəqin ki, Bakıya dönəcək”

İsmayıl İsmayılov: “Azad Rəhimov yaxın günlərdə yəqin ki, Bakıya dönəcək”
# 05 mart 2021 10:32 (UTC +04:00)

“Nazirlə dünən danışmışam”.

Apasport.az saytının məlumatına görə, bunu Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov deyib.

Qurum rəsmisi hazırda ABŞ-da müalicə olunan nazir Azad Rəhimovun səhhəti ilə bağlı danışıb: “Səhhəti yaxşıdır. Heç bir problemi yoxdur. İnşallah, yaxın günlərdə yəqin ki, Bakıya dönəcək”.

Qeyd edək ki, 5 Mart "Bədən Tərbiyəsi və İdman günü" ilə bağlı nazirliyin kollektivi və idman ictimaiyyətinin nümayəndələri Fəxri və Şəhidlər Xiyabanını ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR