Alban-Udi xristian icmasının üzvləri Xocavəndə səfər edib - FOTO

Alban-Udi xristian icmasının üzvləri Xocavəndə səfər edib - FOTO
# 03 avqust 2022 12:40 (UTC +04:00)

Alban-Udi Xristian Dini İcmasının üzvləri Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən qədim Alban məbədini ziyarət ediblər.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, icmasının üzvləri Xocavəndin Çinarlı kəndində Ağxaç kilsəsində də olublar. Onlar burada dini ayin icra edərək, şamlar yandırıb, dualar oxuyublar.

İcmanın sədr Robert Mobili açıqlamasında bildirib ki, bu kilsə qədim Alban dövlətinə məxsus tikilidir: “Ağxaç kilsəsi 10-cu əsrə aiddir. Ərazidəki Müqəddəs Məryəm ana kilsəsi isə 12-ci əsrdən qalan Alban yadigardır. İşğal ərəfəsində ermənilər kilsədə saxtakarlıq etməklə bəzi dəyişiklərlə buranı özünküləşdirməyə çalışıblar. Burada erməni dilində yazılar yazıblar, bir hissəni dəyişdiriblər. Onlar nə etsələr, də tarixi dəyişə bilməzlər. Artıq tarixi ədalət bərpa olunub. 30 il müddətində torpaqlarımız erməni işğalında olduğu kimi dini məbədlərimiz də əsirlikdə idi. Lakin müzəffər ordumuzun gücü sayəsində artıq kilsələrimiz də azadlıqdadır”.

Qeyd edək ki, Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Alban kilsələri tarix-memarlıq abidəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR